Dövlət qulluqçularının rotasiyası dəyişdirilir
Dövlət qulluqçularının rotasiyası, yəni başqa vəzifəyə keçirilməsi ilə bağlı qaydalar dəyişir. Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb. Sənədə əsasən, 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası həyata keçiriləcək. Rotasiya dövlət orqanlarının kadr potensialından düzgün istifadə edilməsi, onun inkişafının təmin olunması, dövlət