Quba, Qusar, Şabran, Siyəzən və Xızı ilə bağlı QƏRAR

Kateqoriya məlum deyil
T
Milli Məclis Quba-Xəzəryanı üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib.
Sfera.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında bağlanmış sazişlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəd Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən Quba-Xəzəryanı ərazidə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsünü nəzərdə tutur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.
Firuzə Əliyeva
Sfera.az
Açar sözlər:






