Lüks avtomobillərə qadağa qoydular

Kateqoriya məlum deyil
T
İranda lüks avtomobillərin ölkəyə idxalı ilə bağlı yeni qərar qəbul edilib.
Sfera.az xəbər verirk i, Sənaye, Mədən və Ticarət naziri Məhəmməd Atabek bildirib ki, Prezident Məsud Pezeşkianın birbaşa göstərişi ilə lüks avtomobillərin idxalı dayandırılıb.
Atabek “Fars” xəbər agentliyinə açıqlamasında qərarın xaricdə yaşayan iranlılara da şamil ediləcəyini bildirib.
“Prezidentin birbaşa göstərişi ilə xaricdə yaşayan iranlılar üçün də keçərli olmaqla lüks avtomobillərin idxalı dayandırılıb”, – deyə nazir qeyd edib.
O, həmçinin bildirib ki, bundan sonra avtomobil idxalı siyasətində daha qənaətcil və iqtisadi nəqliyyat vasitələrinə üstünlük veriləcək.
Bəsti Rəfizadə
Sfera.az






