Milli Məclis bir neçə beynəlxalq sənədi təsdiqlədi

Kateqoriya məlum deyil
T
Milli Məclis bir neçə beynəlxalq sənədi təsdiqləyib.
Sfera.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında bir sıra beynəlxalq saziş və protokollar müzakirəyə çıxarılıb.
Bunlar “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokol, Azərbaycan və Monqolustan hökumətləri arasında hava əlaqəsi haqqında Saziş, Azərbaycan və Ukrayna hökumətləri arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik edilməsi barədə Protokol, həmçinin Azərbaycan və Slovakiya hökumətləri arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Sazişdir.
Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq ratifikasiya edilib.
Firuzə Əliyeva






