Satınalmalarla bağlı yeni qaydalar müəyyən edilir

Dövlət qurumlarının tabeliyində olan müəssisələrin və dövlət payı olan təsərrüfat cəmiyyətlərinin satınalmaları ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur.
Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri, publik hüquqi şəxslər, eləcə də onların təsisçisi və ya iştirakçısı olduğu hüquqi şəxslərin digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi malların, işlərin və xidmətlərin satın alınmasına “Dövlət satınalmaları haqqında” Qanun şamil edilməyəcək.
Bu qurumlar üçün satınalma qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Firuzə Əliyeva






