Həyəcan siqnalı Ukraynaya böyük zərər vurur - Nazir

Həyəcan siqnalı Ukraynaya böyük zərər vurur - Nazir
Kateqoriya məlum deyil
T

Ukraynanın İqtisadiyyat və Ətraf Mühit naziri Oleksandr Kravçenko bildirib ki, hava hücumu siqnalları səbəbindən müəssisələrin fəaliyyətinin dayandığı hər saat ölkə iqtisadiyyatına təxminən 45 milyon dollara başa gəlir.

Sfera.az xəbər verir ki, nazirin sözlərinə görə, Rusiya sənaye müəssisələri, anbarlar, logistika mərkəzləri və məlumat mərkəzləri də daxil olmaqla Ukraynanın mühüm infrastrukturunu hədəfə alır.

Yalnız builki hücumların ölkənin əsas fondlarına təxminən 10 milyard dollar ziyan vurduğu bildirilib.

İqtisadi itkiləri azaltmaq üçün Ukraynada iki mərhələli hava hücumu xəbərdarlığı sistemi tətbiq edilib. Raket təhlükəsi zamanı qırmızı, dron təhlükəsi zamanı isə sarı siqnal verilir. Sarı siqnal zamanı bir çox müəssisə fəaliyyətini davam etdirə bilir.

Nazir həmçinin Ukraynanın büdcə kəsirinin 27 milyard dollardan 20 milyard dollara endirildiyini bildirib. Ölkənin 2027-ci il üçün xarici maliyyə ehtiyacının isə 52,6 milyard dollar olduğu açıqlanıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR