Onların maaşı artırılacaq

Kateqoriya məlum deyil
T
Müdafiə Nazirliyinin bütün hərbi qulluqçularının əməkhaqlarının orta hesabla 22,8 faiz artırılması təklif olunur.
Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb. Təklif olunan dəyişikliklərə əsasən, baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək və rütbə maaşının həcmi 70 faizə çatdırılacaq.
Həmçinin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqənin aradan qaldırılması və pensiyanın fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı əsasında formalaşdırılması nəzərdə tutulur. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Firuzə Əliyeva






