Pensiyalarla bağlı YENİLİK

Əmək pensiyalarının və pensiya kapitallarının indeksləşdirilməsi ilə bağlı yeni mexanizm təklif olunur.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, hazırda pensiyalar ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Yeni yanaşmada isə pensiyanın məbləğindən asılı olaraq diferensial indeksləşdirmə tətbiq ediləcək.
“Hazırda orta aylıq əməkhaqqı 1174 manat təşkil edir. Bu məbləğdən aşağı və ya həmin məbləğ həddində pensiya alanlar bütün pensiyaçıların 90 faizindən çoxunu təşkil edir. Yəni 90 faizdən çox pensiyaçının pensiya məbləğləri və pensiya kapitalları tam indeksasiya olunacaq”, – deyə Musa Quliyev bildirib.
Komitə sədri qeyd edib ki, 1174 manatdan yuxarı olan pensiya məbləğlərinə isə diferensial əmsallar tətbiq edilməklə indeksləşdirmə aparılacaq. Onun sözlərinə görə, məqsəd pensiyaların alıcılıq qabiliyyətinin və vətəndaşların rifahının daha səmərəli şəkildə qorunması, pensiya artımlarında sosial ədalət prinsipinin gücləndirilməsidir.
Firuzə Əliyeva






