Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. Sfera.az xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 min ton olacağı nəzərdə tutulur ki, bu da 2027-ci illə müqayisədə 2 % çoxdur. Eyni zamanda, 2029-cu ildə isə kartof istehsalının 996,8 min ton, 2030-cu ildə isə 1 milyon 33,2 min ton olacağı proqnozlaşdırılır.