Tokioda 35 gündür fasiləsiz yağış yağır

Kateqoriya məlum deyil
T
Yaponiyanın paytaxtı Tokioda 35 gün ərzində fasiləsiz yağış yağıb. Rekord yağıntılar şəhərdə həyatın müxtəlif sahələrinə təsir göstərib.
Sfera.az xəbər verir ki, sentyabrın əvvəlindən Tokionun mərkəzinə 629 millimetr yağış düşüb. Bu, normadan təxminən 3 dəfə çoxdur.
Güclü yağışlar kənd təsərrüfatına ziyan vurub, nəticədə xüsusilə tərəvəzlərin qiyməti kəskin bahalaşıb. Bir ədəd kahının qiymətinin 450 yenə qədər yüksəldiyi bildirilib.
Mütəxəssislər rekord yağıntıların El-Ninyo hadisəsi və iqlim dəyişikliyi ilə əlaqəli ola biləcəyini qeyd ediblər.
Tokioda əvvəlki ən uzun fasiləsiz yağış dövrü 2019-cu ildə 33 gün davam etmişdi. Meteoroloqlar isə Kanto bölgəsinə yaxınlaşa biləcək yeni tayfunla bağlı xəbərdarlıq ediblər.
İradə Elsevər
Sfera.az






