ÜST: “İstilikdən ölənlərin sayı 60 faizdən çox artıb”

ÜST: “İstilikdən ölənlərin sayı 60 faizdən çox artıb”
Kateqoriya məlum deyil
T

Dünyada istiliklə əlaqəli ölüm hallarının sayı 1990-cı illərdən etibarən 63 faiz artıb.


Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kütləvi tədbirlər zamanı insanların sağlamlığının qorunması ilə bağlı yeni tövsiyələrində məlumat yayıb.


ÜST-ün hesablamalarına görə, 2012-2021-ci illər ərzində hər il orta hesabla 546 min nəfər istiliklə əlaqəli səbəblərdən həyatını itirib.


Təşkilat qeyd edib ki, iri idman yarışları, dini və mədəni tədbirlər kimi kütləvi toplantılar zamanı istinin yaratdığı sağlamlıq problemləri əhali üçün ciddi təhlükəyə çevrilib.


ÜST bildirir ki, kütləvi tədbirlər zamanı tibbi yardım düzgün təşkil edildikdə, xəstələrin 90 faizindən çoxunu hadisə yerində müalicə etmək mümkündür. Bu isə xəstəxanaların və təcili tibbi yardım xidmətlərinin üzərinə düşən yükü əhəmiyyətli dərəcədə azalda bilər.


Təşkilatın fikrincə, kütləvi tədbirlərdə təhlükəsizliyin təmin edilməsi yalnız insanların fərdi davranışlarından asılı olmamalıdır. Havanın temperaturu təhlükəli həddə çatmamışdan əvvəl risklərin qiymətləndirilməsi, hazırlıq və cavab tədbirlərinə investisiya qoyulması vacibdir.


ÜST ən effektiv tədbirlər sırasında təhlükəsiz içməli suya çıxışın təmin edilməsini, tədbirlərin vaxtının dəyişdirilməsini, insanların hərəkətinin düzgün idarə olunmasını və keyfiyyətli tibbi xidmətin təşkilini göstərib.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR