İpoteka ilə bağlı yeni qərar: Uşaqlı ailələrə dəstək - ERMƏNİSTANDA

İpoteka ilə bağlı yeni qərar: Uşaqlı ailələrə dəstək - ERMƏNİSTANDA
Kateqoriya məlum deyil
T

Ermənistanda uşağın doğulması ilə bağlı ipoteka kreditinin ödənilməsinə göstərilən dövlət dəstəyi ilə bağlı qaydalara dəyişiklik edilməsi təklif olunub.

Sfera.az “Armənpress”ə istinadən xəbər verir ki, Əmək və Rifah Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi hüquqi aktların layihələrinin dərc edildiyi “e-draft.am” vahid elektron platformasında ictimai müzakirəyə təqdim edilib.

Layihəyə əsasən, uşağı olan ailələrin mənzillə təmin olunması proqramı çərçivəsində uşağın doğulması ilə əlaqədar ipoteka kreditinin ödənilməsinə dəstək komponentinin müddətinin 2031-ci il dekabrın 31-dək uzadılması təklif olunub. Bununla yanaşı, proqram çərçivəsində bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Belə ki, dəstək məbləğinin uşağın neçənci uşaq olmasından və ipoteka kreditinin qalıq əsas borcunun məbləğindən asılı olmayaraq 1 milyon dram, yəni 4700 manat müəyyənləşdirilməsi təklif edilib. Həmçinin ailənin digər daşınmaz əmlaka sahib olmaması ilə bağlı şərtin daha məqsədyönlü tətbiqi üçün bu meyarın müraciət tarixindən əvvəlki 12 ay ərzində yoxlanılması nəzərdə tutulub.

Bununla şərti olaraq əmlakın özgəninkiləşdirilməsi hallarının qarşısının alınması məqsədi güdülür. Qanun layihəsində daşınmaz əmlakın dəyəri ilə bağlı yuxarı həddin də dəyişdirilməsi təklif olunur. Belə ki, uşağın neçənci uşaq olmasından asılı olmayaraq, daşınmaz əmlakın maksimal dəyərinin 40 milyon dram müəyyən edilməsi nəzərdə tutulub. Nazirlik bu dəyişikliyi daşınmaz əmlak bazarında baş verən qiymət artımı ilə əlaqələndirib. Bundan başqa, müraciət zamanı son 12 ay ərzində ödənişlərin həyata keçirilməsi şərtinin nəzərə alınmaması və benefisiarlara uşağın doğulmasından sonra onun 1 yaşı tamam olanadək müraciət edərək dəstək almaq imkanının yaradılması təklif olunub.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR