Deputatların aylıq pensiya əlavəsi vəzifəyə görə müəyyən ediləcək
Deputatlar və diplomatlar da daxil olmaqla bir sıra dövlət vəzifələrində çalışan şəxslərin aylıq pensiya əlavəsinin məbləğinin konkret vəzifələr üzrə müəyyən edilməsi təklif olunur. Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, siyasi vəzifəli şəxslər, deputatlar, Mərkəzi Seçki Komissiyasının üzvləri, ombudsman, Hesablama Palatasının üzvləri və diplomatik xidmət əməkdaşları üçün aylıq pensiya