Dövlət qulluqçularının rotasiyası dəyişdirilir

Dövlət qulluqçularının rotasiyası dəyişdirilir
Kateqoriya məlum deyil
T

Dövlət qulluqçularının rotasiyası, yəni başqa vəzifəyə keçirilməsi ilə bağlı qaydalar dəyişir.

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb. Sənədə əsasən, 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası həyata keçiriləcək.

Rotasiya dövlət orqanlarının kadr potensialından düzgün istifadə edilməsi, onun inkişafının təmin olunması, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizənin artırılması məqsədi daşıyacaq. Müvafiq inzibati vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmayacaq. Həmçinin dövlət qulluqçusunun 3 dəfədən artıq rotasiya edilməsinə yol verilməyəcək. 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiya qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR