İqtisadiyyat böyüyür – Əlavə vəsait haradan gələcək?
2027-ci ilin ilkin büdcə göstəricilərində vergi daxilolmaları ilə bağlı rəqəmlər diqqət çəkib. Sfera.az xəbər verir ki, iqtisadçı Eyyub Kərimli 2027-ci il üzrə vergi daxilolmalarının proqnozunu şərh edib. Onun sözlərinə görə, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 18,43 milyard manat daxilolma proqnozlaşdırılır: “Bu rəqəm 2026-cı ilin təsdiqlənmiş göstəricisindən təxminən 9 faiz çoxdur. Proqnozlaşdırılan vəsaitin 14,85 milyard manatının, yəni 80,6 faizinin qeyri-neft-qaz sektorunun