Rusiyada seçki məntəqəsinə hücum edildi

Rusiyanın Krasnodar vilayətində məktəbdə yerləşən seçki məntəqəsinə PUA hücumu olub.
Sfera.az xəbər verir ki, bu barədə Krasnodar vilayətinin Operativ Qərargahı məlumat yayıb.
Bildirilib ki, sentyabrın 18-i gecə saatlarında Qulkeviç rayonunda məktəbin idman zalı PUA hücumu nəticəsində zərər görüb. Həmin binada seçki məntəqəsi yerləşirdi.
Məlumata görə, seçki sənədlərinə və səsvermə üçün istifadə olunan texniki avadanlıqlara ziyan dəyməyib. Hadisə seçki məntəqələri açılmamışdan əvvəl baş verib və xəsarət alan olmayıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində seçki komissiyası başqa sosial obyektə köçürülüb.
Rusiyanın regional rəsmilərinin məlumatında hadisə Ukraynaya məxsus PUA-ların hücumu kimi təqdim olunur. Bu iddianın müstəqil şəkildə təsdiqlənməsi barədə məlumat verilməyib.
İnci
Sfera.az






