Ermənistanın keçmiş baş nazirinin qardaşı saxlanıldı

Ermənistanın keçmiş baş naziri Hovik Abrahamyanın qardaşı Henrik Abrahamyan saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Bildirilib ki, Henrik Abrahamyan Komitənin araşdırdığı cinayət işi çərçivəsində saxlanılıb. İstintaq vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərdən sui-istifadə, bu əmələ köməkçilik, vəzifə saxtakarlığı və saxta sənəddən istifadə halları ilə bağlı aparılır.
Komitədən verilən məlumata görə, saxlanılan şəxs Ermənistanın keçmiş baş naziri Hovik Abrahamyanın qardaşıdır.
Qeyd edək ki, Henrik Abrahamyanın adı daha əvvəl də müxtəlif cinayət işlərində hallanıb. 2020-ci ildə onun barəsində qanunsuz silah və sursat saxlamaq ittihamı ilə cinayət işinin məhkəməyə göndərildiyi barədə məlumat yayılmışdı.
Firuzə Əliyeva
Sfera.az






