Sıla Türkoğlu ilə bağlı məhkəmə qərarını açıqladı

Sıla Türkoğlu ilə bağlı məhkəmə qərarını açıqladı
Kateqoriya məlum deyil
T

Türkiyəli aktrisa Sıla Türkoğlunın dörd il əvvəl baş rolunda oynadığı “Emanet” serialından ayrılması ilə bağlı açılan 650 min TL-lik təzminat davası yekunlaşıb.

Sfera.az xəbər verir ki, serialın prodüser şirkəti "Karamel Yapım" Türkoğludan 600 min TL maddi, 50 min TL isə mənəvi təzminat olmaqla ümumilikdə 650 min TL tələb edib.

Məhkəmədə iş üzrə hazırlanan ekspertiza rəyləri prodüser şirkətinin lehinə olsa da, hakim Türkoğlunun müqaviləni ləğv etməsini əsaslı hesab edib. Nəticədə məhkəmə Karamel Yapımın təzminat tələbini rədd edib.

Qeyd edək ki, Sıla Türkoğlu aktyorluq karyerasına 2018-ci ildə “Ağlama Anne” serialı ilə başlayıb. Daha sonra “Yemin” və “Emanet” seriallarında rol alıb. “Emanet”dən ayrıldıqdan sonra 2022-ci ildə “Kızılcık Şerbeti” serialında Doğa Korkmaz obrazını canlandırıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR