İraqda hava məkanı açıldı

İraqda hava məkanı açıldı
Kateqoriya məlum deyil
T

İraqın Hava Limanları və Hava Naviqasiyası Baş İdarəsi, təxminən 10 ildir mülki hava nəqliyyatı üçün bağlanmış İraq hava məkanındakı ərazilərin yenidən açıldığını bildirib.

Sfera.az xəbər verir ki, İraqda təxminən 10 ildir hava nəqliyyatına bağlı olan ərazilər yenidən açılıb.

İraq Hava Limanları və Hava Naviqasiyası Baş Şirkətinin baş direktoru İhab Səəd Kərim Bağdadda keçirilən mətbuat konfransında əvvəllər məhdudlaşdırılmış ərazilərin təhlükəsizlik əməliyyatları üçün istifadə edildiyini deyib:

"Bu ərazilər artıq Silahlı Qüvvələrin Baş Komandanı Ofisi ilə koordinasiyalı şəkildə rəsmi olaraq Hava Limanları və Hava Naviqasiyası Baş Şirkətinə verilib. Bu ərazilərdə mülki təyyarələrin uçuşlarına qoyulan məhdudiyyətlər aradan qaldırılıb".

Kərim bildirib ki, əvvəllər qərbdən şimala və cənuba qədər uzanan bütün məhdudlaşdırılmış ərazilər artıq mülki aviasiya üçün açıqdır:

"Hava məkanının suverenliyi artıq tamamilə iraqlıların əlindədir. İraq hava məkanı ilə bağlı məlumatların yenilənməsi üçün iş aparılır və bu məlumat rəsmi olaraq beynəlxalq aviaşirkətlərə açıqlanacaq”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR