ABŞ-də süni intelekt sorğusu: Əhali qorxur

ABŞ-də süni intelekt sorğusu: Əhali qorxur
Kateqoriya məlum deyil
T

ABŞ əhalisinin böyük hissəsi süni intelektin yayılmasından və inkişafından narahatdır.

Sfera.az xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, ABŞ-dəki Marquette Universiteti tərəfindən 2-9 sentyabr tarixləri arasında 1023 iştirakçının iştirakı ilə aparılan sorğu belə bir nəticəni ortaya çıxarıb.

Sorğunun nəticələri göstərib ki, iştirakçıların 64%-i süni intellekti cəmiyyət üçün "pis", 36%-i isə "yaxşı" hesab edib.

Digər tərəfdən, sorğu süni intellekt texnologiyasına mənfi baxışa baxmayaraq, iştirakçıların 69%-i süni intellektdən istifadə edib.

ABŞ-də süni intellektin inkişafını ləngitməklə bağlı çağırışlar güclənib.

"Anthropic" şirkətinin baş direktoru Dario Amodei, "OpenAI" şirkətinin baş direktoru Sem Altman və "Tesla", "SpaceX" şirkətlərinin baş direktoru İlon Mask da daxil olmaqla, texnologiya sektorunun aparıcı simaları süni intellekt inkişaf səylərini ləngitməyə çağırıblar.

Amma ABŞ Prezidenti Donald Trampın administrasiyası süni intellekt inkişafını ləngidəcək yeni qaydalar tətbiq etmək əvəzinə, innovasiyanı təşviq edən bir yanaşma tətbiq edir.

Tramp süni intellekt texnologiyasının inkişafının ləngidilməsinin əleyhinədir. Onun fikrincə, bu sahədə tədqiqatların yavaşlaması Çinə fayda verəcək.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR