Sinan Akçıl şəxsi həyatı ilə bağlı sirri açdı

Axtardığı sevgini bir müddətdir tapa bilməyən məşhur müğənni Sinan Akçıl bu dəfə şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə gəlib.
Sfera.az xəbər verir ki, bir neçə gün əvvəl festivalda səhnəyə çıxan Sinan Akçıl yenidən diqqət mərkəzinə düşüb. Səhnə öncəsi jurnalistlərin suallarını cavablandıran sənətçi zarafatcıl açıqlamaları ilə diqqət çəkib.
Müğənni müsahibə zamanı özünü “Supermen olmamışdan əvvəlki Klark Kent”ə bənzədib. Şəxsi həyatı ilə bağlı sualları da cavablandıran Akçıl həyatında birinin olduğunu etiraf edib.
Şəxsi həyatını mediadan uzaq yaşamağa üstünlük verdiyini bildirən sənətçi münasibəti olduğunu gizlətməyib.
“Sanki münasibətlər baxımından bir müddətdir maqazindən uzağam. Amma maqazini saxlamaq olmur. İllərdir belə davam edir. Lakin… Mənim bir münasibətim var, amma heç kim yaxalaya bilmir. Bu da məni xoşbəxt edir”, - deyə Sinan Akçıl bildirib.
Mənsumə






