“Galaxy S26” almaq istəyənlərə pis xəbər

Qlobal yaddaş çipi böhranı smartfon bazarına təsir etməkdə davam edir. Bu vəziyyətdən “Samsung”-un yeni flaqman “Galaxy S26” seriyasının da təsirlənəcəyi bildirilir.
Sfera.az xəbər verir ki, “Samsung Galaxy S26”, S26+ və S26 Ultra modellərinin Cənubi Koreyada satış qiymətlərini 1 oktyabr 2026-cı ildən artırmağı nəzərdən keçirir.
Məlumata görə, şirkət seriyanın hər üç modeli üçün təxminən 111 dollar qiymət artımı tətbiq etməyi planlaşdırır. Bu artım baş verərsə, “Galaxy S26” modelinin başlanğıc qiyməti 1 046 dollara, “Galaxy S26 Ultra”-nın qiyməti isə 1 451 dollara yüksələcək.
Qiymət artımının əsas səbəbi kimi yaddaş çiplərinin bahalaşması göstərilir. Süni intellekt məlumat mərkəzlərinə artan tələbat yaddaş komponentlərinin qiymətinin yüksəlməsinə səbəb olub. Bu vəziyyət təkcə “Samsung”-a deyil, “Apple” başda olmaqla, istehlak elektronikası sektorundakı digər şirkətlərə də təsir edir.
Artan xərclərin fonunda distribyutor və pərakəndə satıcıların istehlakçı tələbinin zəifləməsindən narahat olduğu bildirilir. “Samsung”-un planlaşdırdığı qiymət artımının digər ölkələrin bazarlarına da tətbiq edilib-edilməyəcəyi isə hələlik məlum deyil.
Mənsumə






