Logo

İsveçdə poliqonda "iş qəzası": 7 əsgər yaralandı

İsveçdə poliqonda "iş qəzası": 7 əsgər yaralandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsveçin Karlsborq şəhəri yaxınlığındakı hərbi təlim mərkəzində partlayış baş verib. Hadisə nəticəsində 7 əsgər yaralanıb.

Sfera.az xəbər verir ki, İsveç silahlı qüvvələrindən Mikael Aqren hadisənin atış poliqonunda baş verən “iş qəzası” olduğunu bildirib. Hadisənin səbəbləri ilə bağlı əlavə detallar açıqlanmayıb.

Yaralılardan 5-i reanimasiya şöbəsinə yerləşdirilib, lakin onların həyatlarının təhlükədə olmadığı bildirilib. Digər 2 əsgərin isə yüngül xəsarət aldığı açıqlanıb. Həkimlər yaralıların bəzilərində qəlpə parçaları aşkar ediblər.

İsveç mediasının məlumatına görə, təlim ərazisində əvvəllər partlamamış köhnə hərbi sursatların olduğu bildirilir. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR