Bu rəngdə avtomobillər daha çox qəzaya düşür

Bu rəngdə avtomobillər daha çox qəzaya düşür
Kateqoriya məlum deyil
T

Sığorta şirkətlərinin məlumatlarına əsasən, qəzaya düşən avtomobillər arasında qara rəngli maşınlar üstünlük təşkil edir.

Sfera.az bildirir ki, rəngli avtomobillər isə ikinci yerdə qərarlaşıb.

Mütəxəssislər bunu yollarda qara və ağ rəngli avtomobillərin daha çox olması ilə əlaqələndirirlər. Belə ki, bu rənglərdə olan avtomobillərin sayı digər rənglərlə müqayisədə daha çoxdur.

Bəzi sürücülər parlaq rəngli avtomobillərin yolda daha asan göründüyünü və bunun qəza riskini azaltdığını düşünür. Lakin sığortaçıların məlumatları bu fikri tam təsdiqləmir. Narıncı və qırmızı rəngli avtomobillər qəzaların 14 faizində, qara və boz rəngli avtomobillər isə 15 faizində qeydə alınıb.

Mütəxəssislər avtomobil seçərkən yalnız rəngə diqqət yetirməməyi tövsiyə edirlər. Onların fikrincə, təhlükəsizlik baxımından daha vacib amillər sürət həddinə riayət etmək, yol və hava şəraitini nəzərə almaq, işıqlandırma sisteminin sazlığını yoxlamaq və gecə saatlarında faralardan düzgün istifadə etməkdir.

Beləliklə, avtomobilin rənginin qəza riskini müəyyənləşdirən əsas amil olmadığı bildirilir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR