Deputatlar küçəyə axışdı - QAZAXISTANDA NARAZILIQ

Deputatlar küçəyə axışdı - QAZAXISTANDA NARAZILIQ
Kateqoriya məlum deyil
T

Qazaxıstanın Aqmola vilayətinin Stepnoqorsk şəhərində sakinlər və məclis deputatları “Xalqın iştirakı ilə büdcə” proqramı çərçivəsində təmir olunan həyətlərdən birinə baxış keçiriblər.

Sfera.az xəbər verir ki, baxış zamanı görülən işlərin keyfiyyəti ilə bağlı bir sıra iradlar səsləndirilib.

Məlumata görə, həyətin bəzi hissələrində bordürlərin sement məhlulu olmadan yerləşdirildiyi, asfalt örtüyünün əsasının isə müəyyən sahələrdə tələblərə uyğun hazırlanmadığı bildirilib.

Podratçı şirkət isə işlər zamanı qum-çınqıl qarışığından istifadə edildiyini açıqlayıb. Deputatlar materialın tərkibinin və görülən işlərin keyfiyyətinin zərurət yarandığı halda ekspertizadan keçiriləcəyini qeyd ediblər.

Bildirilib ki, təmir işləri tam başa çatdıqdan sonra əraziyə yenidən baxış keçiriləcək və görülən işlərin keyfiyyəti təkrar yoxlanılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR