NATO Rusiyaya qarşı müharibəyə hazırlaşır? - Deputatdan DETALLAR

NATO Rusiyaya qarşı müharibəyə hazırlaşır? - Deputatdan DETALLAR
Kateqoriya məlum deyil
T

Rusiya Dövlət Dumasının deputatı NATO-nun Rusiya ilə müharibəyə hazırlaşdığını iddia edib.

Sfera.az xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev bildirib.

Sobolevin sözlərinə görə, NATO ölkələrində Rusiya hərbi təyyarələrinin Litvanın hava məkanını pozması ilə bağlı yayılan məlumatlar alyansın Rusiya ilə mümkün münaqişəyə hazırlaşdığını göstərir.

“Son illərdə Kalininqrad vilayətinin və Kareliyanın ələ keçirilməsi, Baltik Donanmasının məğlub edilməsi üzrə, yəqin ki, iyirmiyə yaxın təlim keçiriblər. Bu barədə, yəqin ki, əhaliyə məlumat vermirlər. Onlar isə deyirlər ki, ruslar aqressivdir və Litvanın, Latviyanın və ya başqa ölkənin hava məkanını pozublar”, – deputat bildirib.

Sobolev iddia edib ki, NATO ölkələrinin bu addımları Rusiya ilə müharibəyə hazırlığa bəraət qazandırmaq məqsədi daşıyır.

“Bu, hibrid müharibənin informasiya komponentidir. Rusiyanın aqressiv olduğunu, Ukraynanı ələ keçirmək istədiyini, daha sonra isə Baltikyanı ölkələrə, Polşaya və Almaniyaya müdaxilə edəcəyini demək çox vacibdir”, – o qeyd edib.

Qeyd edək ki, sentyabrın 14-dən 15-nə keçən gecə NATO-nun hava patrulu çərçivəsində fəaliyyət göstərən İtaliya qırıcıları Litvanın hava məkanına daxil olan PUA-nı vurub. Litva hakimiyyəti PUA-nın Belarus istiqamətindən daxil olduğunu bildirib və hadisə ilə bağlı araşdırma başladıb.

Həmçinin sentyabrın 17-də ANSA iki Rusiya hərbi təyyarəsinin Litvanın hava məkanını pozduğuna dair məlumat yayıb və bununla əlaqədar İtaliya qırıcılarının havaya qaldırıldığını bildirib.

İnci

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR