41 yaşlı Ronaldo yenidən Portuqaliya millisində

41 yaşlı Ronaldo yenidən Portuqaliya millisində
Kateqoriya məlum deyil
T

41 yaşlı hücumçu Kristiano Ronaldo UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün Portuqaliya millisinin heyətinə çağırılıb.

Sfera.az bildirir ki, Ronaldo ilə yanaşı, heyətə “Mançester Yunayted”in kapitanı Bruno Fernandes, “Qalatasaray”ın cinah oyunçusu Rafael Leao, “Real Madrid”in yarımmüdafiəçisi Bernardo Silva və digər futbolçular da daxil edilib.

Portuqaliya millisinin qarşıdakı təlim-məşq toplanışı çərçivəsində dörd oyunu nəzərdə tutulub.

Komanda sentyabrın 24-də doğma meydanda Uels, oktyabrın 4-də isə Norveçlə qarşılaşacaq. Bundan başqa, portuqaliyalılar sentyabrın 27-də Norveçin, oktyabrın 1-də isə Danimarkanın qonağı olacaq.

Qeyd edək ki, daha əvvəl Ronaldonun 2027-ci ilin yanvarında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan ayrılmağı düşündüyü barədə məlumat yayılmışdı. Futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi isə hələlik məlum deyil.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR