Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ
Duzlu qidalar arterial təzyiqin yüksəlməsinə səbəb olan əsas amillərdən biridir. Sfera.az xəbər verir ki, bunu “SberZdorovye” tibb şirkətinin kardioloqu Ella Vinogradova “RT”yə açıqlamasında deyib. Onun sözlərinə görə, çips, fastfud, marinadlar, turşular, duzlu balıq, əksər pendir növləri və kələm turşusu yüksək miqdarda duz ehtiva edən məhsullardır. Həkim bildirib ki, orqanizmə həddindən artıq duz daxil olduqda maye tutulması baş verir. Bu isə qan dövranında olan mayenin həcmini artıraraq