Pakistanda məscid yaxınlığında partlayış: 15 nəfər öldü

Kateqoriya məlum deyil
T
Pakistanda cümə namazı zamanı məscid yaxınlığında güclü partlayış törədilib.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı Pakistanın nüfuzlu "The News International" media qurumu yayıb.
Məlumatlara görə, dəhşətli terror aktı nəticəsində azı 15 nəfər həyatını itirib, 50-dən çox insan isə ağır bədən xəsarətləri alıb. Hadisənin şahidləri partlayışın gücündən ibadət evinin damının uçduğunu və onlarla insanın dağıntılar altında qaldığını bildirirlər. Bölgədə dərhal fövqəladə vəziyyət elan olunub, xəsarət alanların sayının artacağı istisna edilmir.
İradə Elsevər
Sfera.az






