Azərbaycan qazı Ukraynaya necə çatdırılacaq? – Ekspertdən AÇIQLAMA
Ceyhun Bayramovun Kiyevə səfəri zamanı enerji əməkdaşlığı əsas müzakirə mövzularından biri olub. Azərbaycan Ukraynaya qaz tədarükünə hazır olduğunu bəyan edib. Bəs qaz Ukraynaya hansı marşrutla çatdırıla bilər və bu, Azərbaycan üçün hansı üstünlükləri yaradır? Mövzu ilə bağlı Sfera.az -a açıqlama verən REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, Ukraynanın Avropa İttifaqı ölkələri, o cümlədən Macarıstan, Slovakiya, Bolqarıstan və Rumıniya ilə revers qaz tədarükü üzrə