Naxçıvanda avtobuslardan istifadə edənlərə VACİB XƏBƏR

Naxçıvanda avtobuslardan istifadə edənlərə VACİB XƏBƏR
Kateqoriya məlum deyil
T

Naxçıvan şəhərində fəaliyyət göstərən avtobuslarda gedişhaqqının ödənilməsi üçün nağdsız ödəniş sistemi tətbiq olunacaq.

Sfera.az xəbər verir ki, yeni sistem çərçivəsində sərnişinlər gedişhaqqını “CityCard” ödəniş kartı, “BakıKart” mobil tətbiqi, istənilən bank kartı, həmçinin "Apple Pay" və "Google Pay" vasitəsilə ödəyə biləcəklər.

Məlumata görə, sərnişinlər “CityCard” ödəniş kartını 3 manata Naxçıvan şəhərində fəaliyyət göstərən "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin rəsmi filiallarından əldə edə biləcəklər.

Qeyd olunub ki, yeni sistem şəhərdaxili avtobuslarda tətbiq edilərək gedişhaqqının daha rahat, sürətli və təhlükəsiz şəkildə ödənilməsinə imkan yaradacaq.

Bildirilib ki, nağdsız ödəniş imkanlarının genişləndirilməsi ictimai nəqliyyatda rəqəmsal həllərin tətbiqinin artırılmasına, həmçinin sərnişin təcrübəsinin daha da təkmilləşdirilməsinə xidmət edir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR