Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə birgə müdafiə haqqında saziş imzaladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif kollektiv müdafiəyə dair memorandum imzalayıblar.
Sfera.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Məlumata görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan kollektiv müdafiə sazişinə əsasən, üç ölkədən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum hər üç dövlətə qarşı hücum kimi qiymətləndiriləcək.
Memorandum üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın bütün istiqamətlər üzrə inkişafını nəzərdə tutur və digər dövlətlərdən qaynaqlana biləcək istənilən təcavüz formasının kollektiv şəkildə qarşısının alınmasına xidmət edir.
Xatırladaq ki, daha əvvəl İran Fars körfəzi ölkələrini xəbərdar etmişdi ki, ABŞ-ın İslam Respublikasına qarşı mümkün yeni hücumu regionun kritik enerji infrastrukturuna qarşı cavab tədbirləri ilə nəticələnə bilər.
İnci
Sfera.az






