Britaniya Baş nazirinə qeyri-adi tövsiyə: "Futbol və pivə paylaşımlarını azaldın"

Britaniya Baş nazirinə sosial şəbəkələrdə "daha az kişi kimi davranması" tövsiyə olunub.
Sfera.az xəbər verir ki, Böyük Britaniya Baş naziri Endi Börnemin sosial şəbəkələrdə paylaşdığı məzmun hökumətin media mütəxəssislərinin diqqətini çəkib.
Daily Mail qəzetinin məlumatına görə, Baş nazirin ofisinin sosial media üzrə ekspertləri Endi Börnemə sosial şəbəkələrdə daha az "kişiyə xas" məzmun paylaşmağı tövsiyə ediblər.
Söhbət əsasən onun futbol və pablarla bağlı videolarından gedir. Börnem paylaşımlarında tez-tez sevimli futbol klubu "Everton"a olan sevgisindən və pivəyə münasibətindən bəhs edir.
Ən çox baxılan videolardan birində isə Baş nazir maliyyə naziri Con Hili ilə birlikdə pabda əyləşərək müxtəlif qəlyanaltıları qiymətləndirir.
Məlumata görə, sosial media mütəxəssisləri hesab edirlər ki, bu cür paylaşımlar seçicilərin bir hissəsini uzaqlaşdıra bilər. Bu səbəbdən onlar Baş nazirə sosial şəbəkələrdə daha balanslı və geniş auditoriyaya xitab edən məzmun paylaşmağı tövsiyə ediblər.
Qeyd edək ki, bundan əvvəl Endi Börnemin Baş nazir vəzifəsinə başladıqdan cəmi iki həftə sonra məzuniyyətə çıxması da Britaniya mətbuatında geniş müzakirələrə səbəb olmuşdu.
İnci






