Süni intellekt qadınların işlərini daha çox təhlükə altında qoyur – TƏDQİQAT
Süni intellektin (AI) əmək bazarına təsiri ilə bağlı aparılan araşdırma maraqlı nəticə ortaya qoyub. Sfera.az bildirir ki, məlumata görə, texnologiyanın yaratdığı avtomatlaşdırma riski qadınların üstünlük təşkil etdiyi peşələrdə daha yüksəkdir. Avstraliyanın "Jobs and Skills Australia" qurumunun məlumatlarını təhlil edən tədqiqatçılar bildiriblər ki, avtomatlaşdırma riskinin ən yüksək olduğu 20 peşədən 15-də qadınlar üstünlük təşkil edir. Bu sahələrə katiblik, resepsionistlik, mühasibatlıq,