Tramp müharibənin SONUNU ELAN ETDİ: “Çox yaxın zamanda başa çatacaq”

Tramp müharibənin SONUNU ELAN ETDİ: “Çox yaxın zamanda başa çatacaq”
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin yaxın zamanda başa çatacağını bildirib.

Sfera.az xəbər verir ki, Tramp Ağ Evdə keçirdiyi fərman imzalama mərasimindən sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

ABŞ Prezidenti İranla danışıqların yaxşı getdiyini və tərəflərin razılaşmaya yaxın olduğunu deyib.

“Düşünürəm ki, müharibə çox yaxın zamanda başa çatacaq. İranın daha çox müqavimət göstərə biləcəyini düşünmürəm”, - deyə Tramp bildirib.

O, müharibə başa çatdıqdan sonra benzin qiymətlərinin də aşağı düşəcəyini qeyd edib.

Tramp danışıqları yaxından izlədiyini və prosesdə şəxsən iştirak etdiyini vurğulayıb. Razılaşmanın nə zaman imzalana biləcəyi ilə bağlı sualı cavablandıran prezident “İşlər çox yaxşı gedir. Razılaşma yaxın zamanda əldə oluna bilər”, - deyə bildirib.

Tramp İranla danışıqlarda əsas mövzulardan biri olan Hörmüz boğazı ilə bağlı məsələyə də toxunub.

O, Tehranla bu məsələ üzrə razılaşmanın tam başa çatmadığını, lakin danışıqların davam etdiyini bildirib.

ABŞ Prezidenti blokada vasitəsilə Hörmüz boğazına nəzarətin ABŞ-da olduğunu iddia edib. Bununla belə, İranın boğazdan keçən gəmilərə atəş aça və ya dəniz minalarının tankerlərə zərər verə biləcəyini söyləyib.

Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı da açıqlamalar verib. O, keçmiş prezident Co Bayden administrasiyasının Ukraynaya vaxtında çoxlu sayda silah və sursat göndərdiyini iddia edib.

Tramp ABŞ-ın təkcə Ukraynaya deyil, bir çox ölkəyə böyük həcmdə silah və sursat göndərdiyini bildirib. Ehtiyac yarandığı halda bu ehtiyatların bir hissəsini geri ala biləcəklərini də qeyd edib.

İranla bağlı ABŞ-ın sursat ehtiyatlarında problem olmadığını deyən Tramp, mövcud ehtiyatların gündəlik olaraq yeniləndiyini və istifadə olunan sursatların yerinə yenilərinin qoyulduğunu vurğulayıb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR