Ramzan Kadırovun oğluna “Çeçenistan Qəhrəmanı” adı verildi
Kateqoriya məlum deyil
Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Əhməd Kadırova “Çeçenistan Qəhrəmanı” fəxri adı verilib.
Sfera.az xəbər verir ki, bu barədə Çeçenistan hökumətinin sədri Maqomed Daudov “Telegram” kanalında məlumat yayıb.
Daudov Əhməd Kadırovu təltif münasibətilə təbrik edib və bildirib ki, bu ad onun şəxsi xidmətlərinin layiqli qiymətləndirilməsidir.
İnci
Sfera.az






