Paşinyandan diqqətçəkən açıqlama: "Erməni İttifaqı" ideyasını dəyərləndirəcəyik

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvanın rəhbərliyi altında Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) alternativ birliyin yaradılması ideyası üzərində düşünəcək.
Sfera.az xəbər verir ki, bu barədə o, Qırğızıstanda rusiyalı jurnalistlərlə söhbəti zamanı danışıb. Məlumatı Armenpress agentliyi yayıb.
Jurnalistlərdən biri Paşinyandan İrəvanın rəhbərliyi ilə Aİ və Aİİ-yə alternativ ola biləcək hipotetik "Erməni İttifaqı"nın yaradılması ehtimalını soruşub.
"Bu, yaxşı ideyadır. Bunun üzərində düşünəcəyik", – deyə Ermənistanın baş naziri cavab verib.
Bundan əvvəl Paşinyan Rusiyanın, Belarusun, Qazaxıstanın və Qırğızıstanın Ermənistanın Aİ-yə inteqrasiyası məsələsi ilə bağlı referendum keçirilməsi təklifinə hörmətlə yanaşdıqlarını bildirib. O, eyni zamanda qeyd edib ki, Aİİ-dəki bəzi tərəfdaşların mövqeyi İrəvanın Brüssellə yaxınlaşması prosesini sürətləndirib.
İnci
Sfera.az






