Rumıniya Ukraynaya yardım etməkdən imtina edib

Rumıniya Ukraynaya yardım etməkdən imtina edib
Kateqoriya məlum deyil
T

Rumıniya Ukraynaya maliyyə dəstəyini davam etdirə bilməyəcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Rumıniyanın "Rumınların Birləşməsi Alyansı" (AUR) Partiyasının sədrinin birinci müavini Dan Dunqaçu ölkəsinin hazırda Ukraynaya iqtisadi və maliyyə dəstəyi göstərmək üçün kifayət qədər resursunun olmadığını bildirib.

O, Digi24 telekanalına müsahibəsində Rumıniyada büdcə kəsirinin və iqtisadi problemlərin mövcud olduğunu vurğulayıb.

"Rumıniyanın büdcə kəsiri və iqtisadi çətinliklərini nəzərə alsaq, hazırda Ukraynaya iqtisadi və maliyyə dəstəyi göstərmək imkanımız yoxdur", – deyə Dunqaçu bildirib.

Onun sözlərinə görə, Rumıniya Avropa İttifaqının Kiyevə yardım göstərməsi təşəbbüslərinə mane olmayacaq. Bununla belə, ölkənin bu istiqamətdə yeni maliyyə öhdəlikləri götürmək imkanı yoxdur.

Qeyd edək ki, bundan əvvəl Niderland Ukraynaya hərbi yardımın dayandırıldığını açıqlamışdı. Krallığın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius bildirib ki, Niderland üzərinə düşən öhdəlikləri yerinə yetirib və bundan sonra digər ölkələri Kiyevə dəstəyi davam etdirməyə çağıracaq.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR