Böyük şəhərlərin yeni problemi: Subayların sayı artır
Azərbaycanda gənclərin evlənmə yaşı getdikcə yüksəlir. Mənzil və iş problemi, maddi çətinliklər, karyera hədəfləri, eləcə də dəyişən sosial və psixoloji amillər bir çox gəncin ailə qurmaq qərarını təxirə salmasına səbəb olur. Sfera.az xəbər verir ki, mövzu ilə bağlı sosioloq Nail Cəlil bildirib ki, gənclərin ailə qurmaq qərarını təxirə salmasına iqtisadi, sosial və psixoloji amillərin məcmusu təsir edir. Onun sözlərinə görə, bir çox gənc ailə qurmazdan əvvəl sabit gəlir əldə etməyə, mənzil