Tramp: “Tezliklə bu məsələləri də bağlayacağıq”
Kateqoriya məlum deyil
0:00 0:00
ABŞ Prezidenti Donald Tramp İrana yeni zərbələrin endirilə biləcəyi ilə bağlı xəbərlərin fonunda vəziyyətin tezliklə həll olunacağını bildirib.
Sfera.az xəbər vrir ki, Tramp Ohayo ştatında tərəfdarları ilə görüşü zamanı İran ətrafında yaranmış vəziyyətə toxunaraq deyib: “Tezliklə bu məsələləri də bağlayacağıq”.
Daha əvvəl ABŞ mediası Vaşinqton və İsrailin İrana qarşı yeni hərbi əməliyyat planı hazırladığını yazıb. Məlumata görə, diplomatik danışıqlar uğursuz olarsa, əməliyyat noyabrda, ABŞ-də aralıq seçkilərdən dərhal sonra başlaya bilər.
Tramp daha əvvəl də tərəflər arasında razılaşma əldə olunmayacağı təqdirdə İrana qarşı yeni hərbi əməliyyat ehtimalını istisna etməyib.
Fatimə
Sfera.az
Açar sözlər:






