ABŞ-nin silah ehtiyatları kritik həddə çatdı

ABŞ-nin silah ehtiyatları kritik həddə çatdı
Kateqoriya məlum deyil
T

ABŞ-nin silah ehtiyatları İranla yaşanan münaqişə fonunda kritik səviyyəyə enib.

Sfera.az xəbər verir ki, bu barədə ABC News telekanalı amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.

Bildirilib ki, Yaxın Şərqdəki hərbi əməliyyatlar ABŞ-nin hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan əsas sursat ehtiyatlarını əhəmiyyətli dərəcədə azaldıb. Mənbənin sözlərinə görə, xüsusilə Patriot zenit-raket kompleksləri üçün raketlər və THAAD sisteminin ballistik raket əleyhinə istifadə olunan raketlərinin ehtiyatı "son dərəcə azdır".

O, konkret rəqəmləri açıqlamaqdan imtina edib.

Rəsmi əlavə edib ki, uzaqmənzilli ATACMS və PrSM raketlərinin ehtiyatının azalması da ciddi narahatlıq doğurur. Məlumata görə, bu raketlər İran ərazisinə uzaq məsafədən zərbələr endirmək üçün istifadə olunub.

Xatırladaq ki, CNN telekanalı avqustun 4-də ABŞ-nin İranla münaqişə zamanı THAAD raketdən müdafiə sistemi üçün nəzərdə tutulan raketlərin təxminən 80 faizini sərf etdiyini bildirmişdi. ABŞ-nin müdafiə naziri Pit Heqset isə bu məlumatları təkzib edərək onları həqiqətə uyğun olmayan iddialar adlandırmışdı.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR