Bergüzar Korelin “17” paylaşımı gündəm oldu – Sevgilisindən gələn çiçəklər

Kateqoriya məlum deyil
T
Türkiyənin tanınmış aktyorları Bergüzar Korel və Halit Ergenç evliliklərinin 17-ci ildönümünü qeyd edir.
Sfera.az xəbər verir ki, sənət dünyasında münasibətləri ilə nümunə göstərilən cütlük şəxsi həyatlarını mümkün qədər mediadan uzaq yaşamağa üstünlük verir. Buna baxmayaraq, Bergüzar Korel bu özəl gün münasibətilə sosial media hesabında ard-arda paylaşımlar edib.
Aktrisa həyat yoldaşının ona göndərdiyi çiçəklərin fotosunu paylaşaraq üzərinə “17” qeydini yazıb. Daha sonra Korel toy günündən olan görüntüləri də izləyicilərinin diqqətinə çatdırıb.
Qeyd edək ki, cütlüyün üç övladı var. Onların 2010-cu ildə oğulları Əli, 2020-ci ildə Xan, 2021-ci ildə isə qızları Leyla dünyaya gəlib.
Mənsumə





Açar sözlər:






