Dünyanın 72 ölkəsindən Ukraynada döyüşən əcnəbilərin sayı açıqlandı

Dünyanın 72 ölkəsindən Ukraynada döyüşən əcnəbilərin sayı açıqlandı
Kateqoriya məlum deyil
T

Ukraynanın müdafiəsində hazırda dünyanın ən azı 72 ölkəsindən olan təxminən 16 min xarici könüllü iştirak edir.


Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın hərbi ombudsmanı Olqa Reşetilova ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin müşavirəsində məlumat verib.


Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşən xarici könüllülərin təxminən 40 faizi Latın Amerikası ölkələrinin vətəndaşlarıdır.


"Bu gün Ukraynanı dünyanın ən azı 72 ölkəsindən olan təxminən 16 min xarici könüllü müdafiə edir. Onların təxminən 40 faizi Latın Amerikası ölkələrinin vətəndaşlarıdır", – Reşetilova bildirib.


Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan bəri müxtəlif ölkələrdən minlərlə xarici vətə

ndaş könüllü olaraq Ukrayna ordusuna qoşulub və döyüş əməliyyatlarında iştirak edir.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR