Azərbaycan qazı Ukraynaya necə çatdırılacaq? – Ekspertdən AÇIQLAMA

Azərbaycan qazı Ukraynaya necə çatdırılacaq? – Ekspertdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Ceyhun Bayramovun Kiyevə səfəri zamanı enerji əməkdaşlığı əsas müzakirə mövzularından biri olub.

Azərbaycan Ukraynaya qaz tədarükünə hazır olduğunu bəyan edib.

Bəs qaz Ukraynaya hansı marşrutla çatdırıla bilər və bu, Azərbaycan üçün hansı üstünlükləri yaradır?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, Ukraynanın Avropa İttifaqı ölkələri, o cümlədən Macarıstan, Slovakiya, Bolqarıstan və Rumıniya ilə revers qaz tədarükü üzrə müqavilələri mövcuddur.


Onun sözlərinə görə, Azərbaycan qazı Avropa istiqamətində mövcud boru kəmərləri vasitəsilə nəql oluna, daha sonra isə revers mexanizmi ilə Ukraynaya çatdırıla bilər:


"Macarıstanla Ukrayna arasında qaz kəməri mövcuddur. Hazırda həmin marşrut əvvəlki formada işləməsə də, onu əks istiqamətdə fəaliyyətə qaytarmaq texniki cəhətdən mümkündür. Yəni Azərbaycan Avropa ölkələrinə qaz ixrac edə bilər və bu həcmlərin müəyyən hissəsi Ukraynanın tələbatının ödənilməsinə yönəldilə bilər. Texniki baxımdan bu məsələnin həlli mümkündür", – iqtisadçı vurğulayıb.

Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən birinin enerji sektoru olduğunu bildirib. Onun sözlərinə görə, SOCAR uzun illərdir Ukrayna bazarında fəaliyyət göstərir və şirkətin gələcək üçün geniş inkişaf planları mövcuddur.


Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR