Şirkətlər "Bank Respublika"ya güvənmir? - Yüzmilyonlar geri götürülüb
“Bank Respublika”nın 2026-cı ilin birinci yarısına dair açıqladığı rəsmi maliyyə hesabatına əsasən, bankın ümumi depozit portfelində illik müqayisədə təxminən 23% (330 milyon manat) həcmində kəskin azalma qeydə alınıb. Sfera.az xəbər verir ki, bu azalma nəticəsində depozit portfeli 1 milyard 429,7 milyon manatdan 1 milyard 99,7 milyon manata düşüb. Bu geriləmənin əsas səbəbi şirkətlərin vəsaitlərini bankdan çəkməsidir. Şirkətlərin bankdakı depozitləri 803,5 milyon manatdan 497,4 milyon manata