Məşhur cütlük evləndi: Nikah masasında göz yaşları!

Məşhur cütlük evləndi: Nikah masasında göz yaşları!
Kateqoriya məlum deyil
T

Serkay Tütüncü ilə nigahdan sonra xoşbəxtlikdən göz yaşlarına hakim ola bilməyən Zeynep Bastıkın gəlinliyi diqqət çəkib.

Sfera.az xəbər verir ki, məşhur müğənni Zeynep Bastık və aktyor Serkay Tütüncü iki illik münasibətlərini nikahla rəsmiləşdiriblər.

Cütlük İzmirin Çeşme rayonunda keçirilən mərasimlə ailə qurub.

Toy mərasimi üçün üstü açıq, klassik model avtomobil seçən Bastık və Tütüncü özəl günlərini ailələri və yaxın dostları ilə birlikdə qeyd ediblər. Cütlüyün toyundan rəngarəng görüntülər də paylaşılıb.

Zeynep Bastık gəlinlik və bəy kostyumu seçimində bir-birlərinə sürpriz etdiklərini bildirib. Məşhur cütlük nigah mərasiminə qədər bir-birini gəlinlik və bəy kostyumunda görməyib.

Bastıkın seçdiyi gəlinlik isə zərif dizaynı ilə diqqət çəkib və bəyənilib.

Nikah mərasimi zamanı duyğusal anlar yaşayan Zeynep Bastık valideynlərinin göz yaşlarına biganə qala bilmədiyini söyləyib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR