Şirkətlər "Bank Respublika"ya güvənmir? - Yüzmilyonlar geri götürülüb

Şirkətlər "Bank Respublika"ya güvənmir? - Yüzmilyonlar geri götürülüb
Kateqoriya məlum deyil
T

“Bank Respublika”nın 2026-cı ilin birinci yarısına dair açıqladığı rəsmi maliyyə hesabatına əsasən, bankın ümumi depozit portfelində illik müqayisədə təxminən 23% (330 milyon manat) həcmində kəskin azalma qeydə alınıb.

Sfera.az xəbər verir ki, bu azalma nəticəsində depozit portfeli 1 milyard 429,7 milyon manatdan 1 milyard 99,7 milyon manata düşüb.

Bu geriləmənin əsas səbəbi şirkətlərin vəsaitlərini bankdan çəkməsidir. Şirkətlərin bankdakı depozitləri 803,5 milyon manatdan 497,4 milyon manata (yəni 38,1% və ya 306 milyon manat) qədər kəskin şəkildə azalıb.

Fiziki şəxslərin (əhalinin) əmanətləri isə 3,8% azalaraq 602,3 milyon manat təşkil edib.

Maraqlı məqam odur ki, bankın depozit bazası daraldığı halda, ümumi kredit portfeli illik müqayisədə 11,5% artaraq 1,7 milyard manata çatıb.

Bu portfelin 395,2 milyon manatını sırf istehlak kreditləri təşkil edir.

Depozit portfelindəki bu boşluğu (likvidlik ehtiyacını) doldurmaq üçün "Bank Respublika" xarici və daxili maliyyə institutlarından birbaşa borclanmaya (kredit götürməyə) üstünlük verib. Bankın digər maliyyə təşkilatları qarşısındakı öhdəlikləri təxminən 394,5 milyon manat (55%) artaraq 1,1 milyard manatı ötüb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR