Ağ Evdə sülh planı - Tramp müharibəni bitirə bilər

ABŞ Prezidenti Donald Trampın İranla müharibənin başa çatdığını elan etməyi planlaşdırdığı iddia edilir. Bununla yanaşı, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Yaxın Şərqdə yerləşdirilən hərbçilərin bölgədə qalma müddətini 2027-ci ilə qədər uzatdığı və qarşıdurmaların gələn il də davam edə biləcəyi ehtimalına hazırlaşdığı bildirilir.
Sfera.az xəbər verir ki, “Wall Street Journal”ın (WSJ) yüksək vəzifəli rəsmilərə istinadən yaydığı xəbərə görə, Donald Tramp yüksək səviyyəli müşavirləri ilə “İran müharibəsinin başa çatdığını elan edib-etməmək” məsələsini müzakirə edib.
Rəsmilər bildiriblər ki, Tramp bu addımı dəstəkləyir və davam etdirilən güclü iqtisadi təzyiqin Tehranın nüvə proqramını dayandırmasına və ya ölkənin iqtisadi baxımdan çökməsinə səbəb olacağına inanır.
Bununla yanaşı, xəbərdə Ağ Evdə qapalı şəkildə aparılan müzakirələrə baxmayaraq, Pentaqonun bölgədəki hərbi qüvvələrinin yerləşdirilmə müddətini uzatdığı qeyd olunur.
Bildirilib ki, ABŞ Müdafiə Nazirliyi qarşıdurmaların 2027-ci ildə də davam edə biləcəyi ehtimalını nəzərə alaraq bölgədəki hərbi varlığını buna uyğun planlaşdırır.






