Aleyna Tilki özünə dost axtarır - Şərtləri

Kateqoriya məlum deyil
T
Aleyna Tilki konsert hazırlıqları müddətində ona yoldaşlıq edəcək bir dost axtardığını açıqlayıb. Məşhur müğənni axtardığı şəxsdə olmasını istədiyi xüsusiyyətləri də sadalayıb.
Məşhur müğənni gülməli, empatiya qabiliyyəti güclü, təbiəti sevən və gəzintiyə çıxmaqdan zövq alan birini axtardığını qeyd edib.
Lakin Tilkinin siyahısında daha fərqli tələblər də yer alıb. Sənətçi axtardığı şəxsin “üstün intellektə sahib olmasını” istədiyini deyib.
Sfera.az xəbər verir ki, Aleyna Tilki qarşıdakı konsertlərinə hazırlıq məqsədilə İstanbulda sıx məşq proqramına başlayıb.
Bir müddətdir düşərgə rejimində olduğunu bildirən müğənni bu müddətdə ona yoldaşlıq edəcək bir dost axtardığını sosial media hesabında paylaşaraq bildirib.
İradə Elsevər







