Putin: “Ukrayna ilə sülh sazişinə nail olmaq üçün şans var”

Putin: “Ukrayna ilə sülh sazişinə nail olmaq üçün şans var”
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh sazişinin əldə olunması üçün imkanların olduğunu bildirib.

Sfera.az xəbər verir ki, Rusiya lideri Ukrayna ilə mümkün sülh sazişinə toxunaraq tərəflərin əvvəlcə öz aralarında razılığa gəlməli olduğunu vurğulayıb. “Sülh sazişinə nail olmaq üçün şans var”, – deyə Putin bildirib. Onun sözlərinə görə, proses ilk növbədə Moskva ilə Kiyev arasında irəliləməlidir.

“Rusiya və Ukrayna əvvəlcə öz aralarında razılaşmalıdır. Digər ölkələr də bunu dəstəkləməlidir”, – Putin deyib. Rusiya Prezidenti Ukraynadan qaynaqlanan hava təhdidlərinin danışıqlar prosesinə mənfi təsir göstərdiyini də iddia edib. “Ukraynadan gələn hava təhdidləri sülh danışıqlarını çətinləşdirir”, – deyə o bildirib. Putin Moskva ilə Kiyev arasında əlaqələrin tamamilə kəsilmədiyini də açıqlayıb.

O, Rusiya ilə Ukrayna arasında təmasların davam etdiyini və bu əlaqələrin əsasən iki ölkənin xüsusi xidmət orqanları arasında həyata keçirildiyini söyləyib. Rusiya lideri ABŞ ilə münasibətlərə də toxunub. Onun sözlərinə görə, Moskva ilə Vaşinqton arasında təmaslar davam edir. “Vaşinqtonla təmaslarımız davam edir. ABŞ ilə münasibətlərin bərpa edilməsinin tərəfdarıyıq”, – deyə Putin qeyd edib.

ABŞ Prezidenti Donald Tramp haqqında danışan Putin onun konstruktiv əməkdaşlığa hazır olduğunu bildirib. “Tramp müsbət və konstruktiv işləməyə hazırdır”, – Rusiya Prezidenti deyib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR